Son dövrlər bütün sahələrdə olduğu kimi futbolda da ciddi maliyyə böhranı yaranıb. Bütün dünyada olduğu kimi Azərbaycan futbolunda da böhran özünü ən sərt formada biruzə verir.
Xarici klublardan fərqli olaraq, bizdə futbol klubları bir nəfərdən aslıdı. Bu isə vəziyyətin daha acınacaqlı vəziyyətə gəlib çıxmasına səbəb olub. Böhran səbəbindən biznesində problemlər yaranan iş adamları və məmurlar bu səbəbdən klublara ayırdıqları maliyyəni dayandırmağa və ya ümumiyyətlə kəsməyə məcbur olub. Bunun nəticəsidi ki, hazırda Premyer Liqada çıxış edən əksər klublar maliyyə böhranı yaşayır.
Bəs futbol klubları vəziyyətdən necə çıxa bilər? Fanat.az ispan futbol iqtisadçısı Joze Maria Gay de Liebananın fikirlərini təqdim edir.
İspaniya klubarının 2013-cü ilin əvvəlindən vergiyə olan 650 milyon avroluq borclarını 2015-ci ilin sonunadək 317 milyon avroya endirdiyini bildirən Liebana bu irəliləyişdə klubların, Peşəkar Futbol Liqasının və hökumətin əməyinin olduğunu deyib: "Klubların iqtisadi duruna nəzər yetirdikdə ispan futbolunda vəziyyətin son illərdə yaxşıya doğru çox dəyişdiyini görürük. Üzərinə düşən məsuliyyəti yerinə yetirən klubların atdığı addımlar yaxşı nəticələr verdi. Bu məsələni ciddiyə aldığı üçün klubları, ciddi tədbirlər görməsi səbəbindən Peşəkar Futbol Liqasını və bütün bu prosesi çox gözəl idarə etdiyi üçün hökumətə bağlı Yüksək İdman Komitəsini təbrik edirəm. İspan klubları maliyyə vəziyyətlərini düzəltmək üçün çox effektli addımlar atdı. Amma klub hesablarının daha şəffaf olması üçün görüləcək çox iş var".
"Maliyyə problemləri yaşayan klublara cəza vermək İspaniya futbolunda effektoi oldu. Xal silmə cəzası klublar üçün həyati əhəmiyyət daşıyır. Bəziləri bu cəza səbəbindən aşağı liqaya düşür, bəziləri avrokuboklara qatıla bilmir. Maliyyə sistemi düzgün idarə edilməyən klublar daim cəza ilə təhdid olunmalıdı" deyə ekspert əlavə edib.
Avropanın elit klublarından olan "Real" və "Barselona"nın xaricində digər klubarın artıq bahalı və yüksək maaşlı futbolçular transfer etmədiyini deyən iqtisadçı ispan klublarının artıq reallıqla yaşadığını bildirib: "Real" ötən mövsüm 577, "Barselona" 560,8 milyon avro gəlir əldə edib. Bu səbəbdən onların borc problemi heç vaxt olmayıb. Amma "Valensiya" xarici borcunu bağlamaq üçün əcnəbi yatırımcı tapmağa məcbur oldu. Çünki bu klubun 400 milyon borcu olduğu halda illik gəliri 100 milyon avrodan aşağı idi. Eyni şəkildə "Atletiko" və "Espanyol" da xarici sponsor tapdı. "Atletiko"nun 3 il öncə 180 milyon avro borcu var idi. Bu isə cəmi 60 milyondu. İspaniya klubarı artıq reallıqla hərəkət edir və maliyyə vəziyyətləri ciddi şəkildə düzəlib".
Fanat.az