Futbol hakimlərində koronavirus aşkarlandı

Futbol hakimlərində koronavirus aşkarlandı
Türkiyədə üç futbol hakimi koronavirusa yoluxub. 
Fanat.Az xəbər veriri ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.
 
Qurum onların adını açıqlanmasa da, ədalət təmsilçilərinin yüksək kateqoriyaya malik olduğu bildirilib. Onlardan biri əsas referi, digər ikisi isə köməkçi hakimdir. Həmin şəxslər karantinə alınıb. 
Qeyd edək ki, Türkiyə Super Liqasında yeni mövsümə sentyabrın 11-də start verilib. İlk matçda "Fənərbağça" səfərdə "Rizespor"u 2:1 hesabı ilə məğlub edib. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər