Futbol hakimlərimizin məvacibi açıqlandı

Futbol hakimlərimizin məvacibi açıqlandı

AFFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqası oyunlarını idarə edən hakimlərə “Peşəkar hakim” statusunun verilməsi ilə bağlı məlumat yayıb. 

Fanat.Az xəbər verir ki, məlumatda deyilir:    - AFFA-nın İcraiyyə Komitəsinin 2021-ci il avqustun 19-da keçirilmiş iclasında 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər üçün “Peşəkar hakim” statusu sisteminin tətbiq olunması barədə qərar qəbul olunub.   - Premyer Liqa oyunlarını idarə edən 10 referi (baş hakim) və 15 referi köməkçisinə peşəkar hakim statusu veriləcək.   - Peşəkar statusu ilə bağlı həmin hakimlərin hər biri ilə müvafiq müqavilə imzalanacaq.   - Peşəkar hakim statusuna malik olan referilərə oyunlara təyinat alıb-almamasından asılı olmayaraq, aylıq 1000 AZN (gross), referi köməkçilərinə isə 700 AZN (gross) məvacib ödəniləcək.   - Peşəkar statusa malik hakimlər əvvəlki qaydada hər oyun üçün müvafiq qonorar da alacaqlar.   - Peşəkar statusa malik hakim digər işdə də çalışa bilər, lakin həmin şəxs üçün prioritet hakimlik olmalı, seçim qarşısında qalarsa, üstünlüyü peşəkar hakim statusu ilə əlaqədar bağladığı müqaviləyə verməlidir.   - Ciddi səhvə yol verəcəyi təqdirdə, müvafiq hakim peşəkar statusundan müəyyən müddətə məhrum oluna bilər.   - Peşəkar statusu ləğv olunan hakim aylıq ödənişdən məhrum olunur və oyunlara təyinat alacağı təqdirdə, həmin hakimə yalnız qonorar ödəniləcək.   - Hakimlərin peşəkar statusdan məhrum olunması ilə bağlı qərar Hakimlər Komitəsi tərəfindən qəbul olunur. Zərurət olacağı təqdirdə AFFA prezidenti və/və ya İcraiyyə Komitəsi hakimlərin peşəkar statusdan məhrum olunması səlahiyyətinə malikdir.   - Hakimlərə peşəkar statusun verilməsi, statusdan məhrum və bərpa olunması ilə bağlı məsələlərə Hakimlər Komitəsi tərəfindən mütəmadi qaydada baxılacaq, bununla bağlı ictimaiyyətə şəffaf şəkildə məlumat veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər