Venesuela Futbol Federasiyasının (FVF) prezidenti Xesus Berardinelli vəfat edib.
Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Onun iyulun 22-də yerləşdirildiyi paytaxt xəstəxanalarından birində vəfat etdiyi qeyd edilib.
"Globoesporte" nəşri isə 62 yaşlı funksionerin koronavirusdan öldüyünü yazıb.
Qeyd edək ki, bir müddət öncə bir digər Cənubi Amerika ölkəsi olan Boliviyanın da futbol federasiyasının prezidenti koronavirusdan vəfat edib.
Fanat.az