Qazaxıstan Futbol Federasiyasının (QFF) prezidenti dəyişəcək.
Fanat.Az KazFootball.kz-a istinadən xəbər verir ki, dünən qurumun Seçki Komitəsinin iclası keçirilib.
Komitədə QFF-nin prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək üçün assosiasiya üzvləri tərəfindən irəli sürülmüş namizədlərin sənədlərinə baxılıb.
Seçki fevral 28-də baş tutacaq konfransda keçiriləcək.
Qurumun hazırkı prezidenti Adilbek Jaksibekov seçkilərdə iştirakdan imtina etdiyi üçün namizədliyi qeydə alınmayıb.
İclasın nəticəsinə görə, qarşıdan gələn seçkidə iştirak etmək üçün aşağıdakı namizədlər qeydə alınıb:
1. Barmenkulov Adilet - Qazaxıstan Futbol Federasiyasının prezidentinin müşaviri;
2. Jarilkasinov Yerlan - Qazaxıstan Futbol Azarkeşləri Liqası QHT-nin sədri;
3. Kaniyev Berik – Lancaster Group Kazakhstan SC-nin Direktorlar Şurasının sədri;
4. Loria David - Nur-Sultan Hüquqi Şəxslər Futbol Federasiyası Assosiasiyasının prezidenti;
5. Orazbekov Kayrat - "Kayrat" klubunun prezidenti.
Mirağa