Futbol dünyasını sarsıdan İDDİA

Futbol dünyasını sarsıdan İDDİA
Bu yay son illərin ən parlaq transfer dönəmi yaşanır. İndiyədək bir çox önəmli transfer baş tutub.
Amma yayın əvvəlindən müzaeirə edilən Paul Poqbanın keçidi hələ reallaşmayıb. Düzdü, bəzi mənbələr onun "Mançester Yunayted"lə anlaşdığını iddia edir. Amma "Real"ın da transferdən vaz keçmədiyi və keçidin buna görə rəsmiləşmədiyi bildirilir.
Bu transferlə bağlı növbəti ilginc iddia "Tancredi Palmeri" qəzetindən gəlib. İtaliya qəzeti "Mançester Yünayted"lə "Yuventus"un Poqba transferində anlaşdığını yazıb. Amma qəzetin iddia etdiyi rəqəmlər təsdiqlənsə, bu sözün əsl mənasında futbol dünyasını sarsıdacaq xəbər olacaq.
"Tancredi Palmeri" yazır ki, tərəflər 145 milyon avroluq anlaşma əldə edib. Amma bu məbləğin sadəcə 98 milyon funt-sterlinqi "Yuventus"un kassasına daxil olacaq. Qalan 47 milyon avro isə menecer Mino Raiolanın payına düşəcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər