"Futbol dünyası şokdadır" - FIFA prezidenti

"Futbol dünyası şokdadır" - FIFA prezidenti

FIFA prezidenti Canni İnfantino İndoneziyada futbol matçında baş vermiş faciəyə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, İnfantino yerli çempionatın XI turu çərçivəsində "Arema" və "Persebaya" komandaları arasında keçirilmiş oyundan sonra iğtişaşlarda çoxsaylı insan ölümünə görə İndoneziyaya başsağlığı verib:

"İndoneziyada baş verən faciəvi hadisələrdən sonra futbol dünyası şok vəziyyətinə düşüb. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".

Qeyd edək ki, oyun "Persebaya"nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdən sonra "Arema" azarkeşləri ilə polis arasında qarşıdurma baş verib. Nəticədə 174 nəfər dünyasını dəyişib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər