Futbol Assosiasiyası 60 vəhşi qazı güllələyib

Futbol Assosiasiyası 60 vəhşi qazı güllələyib
İngiltərənin futbol assosiasiyası (FA) 2018-2019 aralığında 60 vəhşi qaz öldürüb.
Fanat.Az xəbər verir ki, məlumatı "Qardian” qəzeti  (The Guardian) yayıb.
Qazlar İngiltərə millisinin bazasındakı stadionların qazonlarını korladığına və batırdığına görə məhv edilib. Öncə çağırılmamış qonaqlardan canını daha yumşaq  yolla qurtarmaq istəyən qurum buna nail ola bilməyib. Yekunda lazım olan lisenziya alınıb və bazanın ərazisini məkan seçən qazların hamısı güllələnib.
Heyvanların hüquqlarını müdafiə edən "Stop the Cull”un bir qrup üzvü isə assosiasiyanın bu addımını vəhşilik adlandırıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər