Kristof Düqarri "Barselona"nın hücumçusu Lionel Messi haqda dediyi sözlərə görə üzr istəyib.
Fanat.Az "Metro"ya istinadən xəbər verir ki, fransız açıqlamasında qeyd edib:
"Lionel Messi haqqında dediklərimə görə təəssüf hissi keçirirəm. Autizmli insanları incitmək istəmirdim. Bu, mənim niyyətim deyildi. İncitdiyim insanlardan üzr istəyirəm. Bugün saat 18:00-a nəzərdə tutulmuş "Team Duga"nın (RMC-də podyayım - Fanat.Az) efirində sizdən bir daha üzr istəyəcəm".
Qeyd edək ki, Düqarri daha öncə Messini "1.50 metr boyunda olan yarım-autistik uşaq" adlandırmış və Antuan Qrizmannın onun üzünə şillə vurmalı olduğunu demişdi.
Fanat.Az