Fransız yarımmüdafiəçi Adrien Rabyo "Dumanlı Albion"dan bir neçə real transfer təklifi alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Team Talk" yayıb.
Mənbənin məlumatına görə, "Yuventus"un yarımmüdafiəçisi uğrunda "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Tottenhem" mübarizə aparır. Onların arasında favorit Mankunian nəhəngidir.
Rabyonun “qoca sinyora” ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatır. Bu o deməkdir ki, yeni klubu fransızı azad agent kimi əldə edə bilər.
Cari A Seriyasında yarımmüdafiəçi 21 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa