Fransanın "Loryan" klubunun hücumçusu Yoan Vissa bədbəxt hadisə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı fransız hücumçu ruhi xəstəliyi olan qadın tərəfindən hücuma məruz qalıb. O, Vissanın üzünə "kislota" atıb. Nəticədə futbolçu gözündən zədə alıb. Gələcək karyerası təhlükə altındadır.
Daha iki şəxsə də "kislota" ilə hücum edən təqsirkar qadın bir gün sonra yaxalanıb.
Röya