"Dəniz Yılmazın heyətə qayıtmasının komandanın xeyirinə olacağını düşünürüm. Uğur qazanmaq üçün güclü futbolçulara ehtiyacımız var və Dəniz də bizim ən güclü futbolçularımızdan biridi. İndi o, çox istəklidi və bu məni sevindirir". Fanat.Az xəbər verir ki, bu sözləri "Bursaspor"un baş məşqçisi Paul Le Quen deyib.
Fransız mütəxəssis millimizin üzvünü komandaya qaytarmasından danışıb: "Onunla bağlı məlumatları dinləyəndən sonra vəziyyətin çıxılmaz olduğunu anladım. Amma diploqla problemin həllinə çalışdıq və müsbət nəticə əldə etdik. Bəlkədə qarşılıqlı səhvlər olmuşdu. Amma mənim məqsədim problemi həll etmək idi. Bu qərarı "Bursaspor"un mənafeyi naminə atmışıq. Ehtiyac yaransa, azarkeşlərlə görüşüb, qərarımızın səbəbini onlara açıqlaya bilərəm".
Fanat.Az