Fransalı məşqçidən müsəlman futbolçulara çağırış

Fransalı məşqçidən müsəlman futbolçulara çağırış

Fransa "Sent-Etyen"inin baş məşqçisi Paskal Dyüpra müsəlman futbolçularından Ramazan ayında oruc tutmamağı xahiş edib.

Fanat.Az xəbər verir ki, bu haqda GFFN nəşri yazıb. 

Mənbənin məlumatına görə, ötən turda “Loryan”a 2:6 hesablı məğlubiyyətdən sonra məşqçi yetirmələrindən oruc tutmaqdan imtina etmələrini istəyib. O, komandanın 2-ci liqaya düşməməsi üçün bunun vacib olduğunu bildirib. Baş məşqçinin fikrincə, müsəlman futbolçular da məşqlərdə ikiqat əzmlə çalışmalıdırlar.   Hazırda "Sent-Etyen" 27 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb və sonuncu yerdə olan "Bordo"nu cəmi 1 xal qabaqlayır. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər