Fransada baş vermiş insidentlə bağlı Peşəkar Futbol Liqasından açıqlama

Fransada baş vermiş insidentlə bağlı Peşəkar Futbol Liqasından açıqlama

Fransa Peşəkar Futbol Liqası (LFP), Liqa 1-in 3-cü turunun "Nitsa" - "Marsel" oyunu ilə bağlı açıqlama yayıb.

Fanat.Az qurumun rəsmi saytında istinadən xəbər verir ki, "Nitsa" - "Marsel" matçı zamanı baş verən ciddi hadisələrdən sonra LFP İntizam Komitəsi hər iki klubu 25 Avqust 2021-ci ildə keçiriləcək iclasa çağırıb.

Xatırladaq ki, komandalar arasında keçirilən görüş zamanı "Nitsa" klubunun azarkeşləri və "Marsel" klubunun futbolçuları arasında kütləvi münaqişə baş vermişdi. Oyun yarımçıq dayandırılaraq təxirə salınmışdı.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər