Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Fransa futbol tarixinin rəmzi komandasını açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda aşağıda adları qeyd olunan futbolçular yer alıb:
Qapıçı: Fabyen Bartez Müdafiəçilər: Lilian Türam, Loran Blan, Marsel Desayi, Maksim Bossis Yarımmüdafiəçilər: Didye Deşam, Jan Tiqana, Mişel Platini, Zinəddin Zidan Hücumçular: Raymon Kopa, Tyerri Anri
Tanınmış futbolçulardan Patrik Vyeyra B, Frank Riberi, Kərim Benzema, Uqo Lyoris, Klod Makelele, Antuan Qrizman və N Qolo Kante kimi oyunçular C komandasında yer alıb.
