Fanat.az forması ən çox satılan futbolçuların siyahısını təqdim edir.
1. Lionel Messi (Barselona) - Onun birinci sırada qərarlaşması qəribə olmasa da, argentinalı ulduzun forma satışı bir mövsüm əvvələ nisbətən 20 faiz azalıb. Buna baxmayaraq o, yenə birincidi.
2. Kriştiano Ronaldo (Real) - Bir mövsüm əvvələ nisbətən forma satışını 108 faiz artıran portuqaliyalı ulduz ikinci pilləyə yüksəlib.
3. Antoni Martial (Mançester Yunayted) - Dünyada bazar payı ən yüksək klublardan biri olan Premyer Liqa təmsilçisinin 50 milyon avroya aldığı gənc ulduz siyahıya birbaşa üçüncü pillədən daxil olub.
4. Bastian Şvaynştayger (Mançester Yunayted) - "Alman tankı" adlandırılan futbolçu forma satışını 795 faiz artırıb. Bu da onun 4-cü pilləyə yüksəlməsinə səbəb olub.
5. Eden Hazard (Çelsi) - Belçikalı ulduzun forma satışı təxminən 150 faiz artıb. Bu yüksəliş onunun ilk "onluğ"a daxil olması ilə nəticəlinib.
6. Ueyn Runi (Mançester Yunayted) - İngilis ulduz əvvəlki mövsümə nisbətən siyahıda 3 pillə yüksəlib.
7. Neymar (Barselona) - Ötən mövsüm ikinci pillədə yer alan braziliyalı ulduz 7-ci sıraya dühüb.
8. Serxio Aquero (Mançester Siti) - Argentinalı ulduzun forma satışı 60 faiz artıb. Bu onun "onluğ"a daxil olması ilə nəticələnib.
9. Aleksis Sançes (Arsenal) - Ötən mövsüm 6-cı pillədə qərarlaşan çilili forvard bu mövsüm 9-cu yerə düşüb.
10. Filippe Kutinyo (Liverpul) - Braziliyalı ulduz ilk "onluğ"a yeni daxil olub.
Fanat.az