FIFA prezidenti Canni İnfantino özünün və qurumun baş katibinin maaşını açıqlayıb. Fanat.Az xəbər verir ki, FIFA rəhbərinin ildə 1,3 milyon təmiz maaş (vergilər və sosial ödənişlər xaric) aldığı məlum olub.
Bu isə o deməkdi ki, ali futbol qurumunun rəhbəri ayda 108 min maaş alır. Yəni Canni İnfantino təxminən böyük liqalarda oynayan futbolçular qədər qazanır.
Onun kimi FIFA baş katibinin maaşı da az deyil. Hazırda bu postu tutan Fatma Samba Diuf Samuranın illik qazancı 1,2 milyon avrodu. Yəni baş katib ayda 100 min avro qazanır.
Fanat.Az