FİFA Hindistan Futbol Federasiyasının (AIFF) fəaliyyətinin dayandırılmasına qərar verib.
Fanat.Az xəbər verir ki, buna qurumun fəaliyyətinə "üçüncü şəxslərin yersiz müdaxiləsi" şərait yaradıb.
AIFF-ə keçən may ayında Hindistan Ali Məhkəməsi müdaxilə edib. Belə ki, məhkəmə daxili seçkilərə hazırlaşan federasiyanı idarə etmək üçün üç nəfərdən ibarət komitə təyin edib. FİFA-nın xəbərdarlıqlarına baxmayaraq, məhkəmə seçkiləri təxirə salıb.
Bu dayandırılma səbəbindən 11-30 oktyabr tarixlərində Hindistanda keçirilməsi planlaşdırılan 17 yaşadək qızlar arasında 2022-ci il dünya çempionatının taleyi də sual altına düşüb. Mirağa