FİFA dünyanın ən yaxşı futbolçusunu açıqladı

FİFA dünyanın ən yaxşı futbolçusunu açıqladı

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb.

Fanat.Az xəbər verir ki, bu ada Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski sahib çıxıb. Polşalı forvard ardıcıl ikinci dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.

O, səsvermədə Fransa PSJ-sindən Lionel Messi və İngiltərə "Liverpul"undan Məhəmməd Salahı geridə qoyub.

Ötən il 69 qol vuran Levandovski "Bayern Münhen"lə Bundesliqanın və Almaniya Kubokunun qalibi olub. 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər