"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson sevimli futbolçusunun adını açıqlayıb. Fanat.Az "Tutto Sport" nəşrinə istinadən xəbər verir ki, şotlandiyalı mütəxəssis Kriştianu Ronaldunu və ya klubun digər əfsanəvi oyunçularını deyil, 1990-2002-ci illər arasında "qırmızı şeytanlar"ın şərəfini qorumuş müdafiəçi Denis İrvini fərqləndirməklə ictimaiyyəti təəccübləndirib:
“Düzünü desəm, komandamda həmişə yer alacaq yeganə şəxs İrvin idi. O, möhtəşəm oyunçu, müdafiə xəttinin etibarlı və möhkəm lideri idi. O, nadir hallarda yanılırdı". Xatırladaq ki, İrvin "Mançester Yunayted"in heyətində 368 oyun keçirib 22 qolla yadda qalıb.