Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqladı - Bu nə Messidir, nə Ronaldu

Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqladı - Bu nə Messidir, nə Ronaldu

"Barselona"nın hücumçusu Joau Feliks futbol tarixinin ən yaxşı oyunçusunun adını açıqlayıb. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı ulduz “The Nude Project”-in sualına belə cavab verib:

“Tarixin ən yaxşı futbolçusu kimdir? Bu, Ronaldinyodur. O, fantastik oyunçu idi. Messi ilə Ronaldunun müqayisəsinə gəlincə, argentinalının bir nömrə olduğunu söyləməyəcəyəm, çünki Ronaldu azarkeşləri bu cavabdan əsəbiləşəcəklər". Xatırladaq ki, Ronaldinyo “Barselona”, “Milan” və PSJ-də çıxış edib. O, Braziliya millisində 97 oyun keçirib və 33 qol vurub. Yarımmüdafiəçi 2005-ci ildə "Qızıl top"un qalibi olmaqla yanaşı, dünya çempionatının da qalibidir. Bundan əlavə, Ronaldinyo iki dəfə FİFA-nın versiyasına görə ən yaxşı futbolçu seçilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər