Fransanın "Nitsa" klubu müdafiəçi Yusef Atalı heyətdən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızı-qaralar"ın mətbuat xidməti yayıb.
Oktyabrın 9-dan Əlcəzair millisinin düşərgəsində olan Atal geridə qayıdandan sonra klubdan zəng vuraraq barəsində verilən qərarı diqqətinə çatdırıblar.
Qeyd edək ki, Yusef sosial şəbəkədə İsraillə münaqişə yaşayan Fələstini dəstəkləmiş, onları yəhudiləri əzməyə səsləmişdi. Çox keçməmiş yazdığını silən arxa xətt oyunçusu üzrxahlıq etmişdi.
Nihat