Federasiyadan futbolçulara dəstək: Cəza olmayacaq

Federasiyadan futbolçulara dəstək: Cəza olmayacaq
İngiltərə Premyer Liqasında irqi ayrıseçkiliyə qarşı aksiyaya (Black Lives Matter - Fanat.Az) qoşulan futbolçular cəzalandırılmayacaq.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının rəhbərliyi oyunçuların irqçiliyə qarşı jestlərini anlayışla qarşılayacaqlarını bildirib. Daha öncə "Liverpul" və "Çelsi" futbolçuları polisin müdaxiləsindən sonra dünyasını dəyişən afroamerikalı Corc Floydun xatirəsini yad etmək məqsədilə diz çökmüşdülər.
Qeyd edək ki, yaxın günlərdə Bundesliqa rəhbərliyi irqçilik əleyhinə çağırışlar və jestlər edən oyunçuları cəzalandırmayacağını açıqlamışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər