Federasiya prezidenti kənddə futbol izlədi

Federasiya prezidenti kənddə futbol izlədi
AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun kəndlərində "Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir keçirilib.
 
Fanat.Az xəbər verir ki, bu layihə Prezident İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. 
 
Layihə çərçivəsində rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərində 50 məktəbli  uşağa futbola marağın artırılması məqsədi ilə idman geyimləri və futbol topları verilib.
 
Tədbirdə AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, İsmayıllı İcra Hakimiyyətinin başçısı Nihat Bağırov, millət vəkili Novruzəli Aslanov və digər rəsmi şəxslər iştirak edib.
 
Federasiya prezidenti kənddə futbol izlədi 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər