Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı

Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı
"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlanıb.
Fanat.Az "Hürriyət"ə istinadən xəbər verir ki, "İmperator" ləqəbli mütəxəssis Kaan Ayhan və Aleks Morenonun transfer edilməsini, həmçinin ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Gedson Fernandeş və Halil Dervişoğlunun yenidən heyətə qatılmasını istəyir. Terim bu transferlərin PSV ilə Çempionlar Liqası oyununa qədər reallaşmasını tələb edib.
Məlumata görə, "Qalatasaray" rəhbərliyi Kaan Ayhanla razılığa gəlib. Rəhbərlik hazırda İtaliyanın "Sassuolo" klubu ilə danışıqları davam etdirir. "Qalatasaray" Türkiyə millisinin üzvünü icarəyə götürmək istəyir. Kaan Ayhan ötən mövsüm "Sassuolo"nun heyətində 20 oyun keçirib.
Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı
"Aslanlar" baş məşqçinin müdafiənin sol cinahında görmək istədiyi Aleks Moreno üçün İspaniyanın "Betis" klubu ilə də danışıqlara start verib. 28 yaşlı ispan futbolçu özü də "Qalatasaray"da oynamağa müsbət yanaşır. Ötən mövsüm "Betis"in heyətində 25 oyuna çıxan futbolçu 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı
"Qalatasaray" ötən mövsümün qış fasiləsində Gedson Fernandeşi "Benfika"dan icarəyə götürmüşdü. Meydana çıxdığı 20 oyunda 1 qol vuran, 3 məhsuldar ötürmə edən 22 yaşlı yarımmüdafiəçi üçün "Benfika"nın idman direktoru Rui Koşta ilə görüş keçiriləcək. Məqsəd bu keçidi qarşıdakı həftədə həll etməkdir.
Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı
Halil Dervişoğlu isə İngiltərə Premyer Liqasında çıxış edən "Brentford"dan icarəyə götürülmüşdü. 21 yaşlı forvard komandanın heyətində meydana çıxdığı 24 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə etmişdi. Artıq Türkiyə millisinə də çağırılan gənc futbolçu üçün "Brentford" rəhbərliyi ilə yenidən danışıqlar masasına oturulacaq.
Fatih Terimin istədiyi 4 futbolçunun adı açıqlandı
Aydın
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər