Əmrə Mor Xorvatiya ilə oyun zamanı Fatih Terimi qəzəbləndib. Fanat.Az xəbər verir ki, matçın 84-cü dəqiqəsində əvəzlənən Mor məşqçinin bu qərarına etiraz edib.
Ona qarşı əl-qolunu ölçən futbolçunu Terim əvvəlcə ehtiyat oyunçular skamyasının sonuna göndərib. Amma Mor burda da dinc oturmayıb, hərəkətlərini təkrarlayıb. Bundan qəzəblənən Fatih hoca futbolçuya paltardəyişmə otağına getməyi əmr edib.
Oyundan sonra jurnalistlərin suallarına cavab verən təcrübəli çalışdırıcı Əmrəni bağışlayacağını bildirib: "Onunla problem olmaz. Əmrə bizim yaramaz cocuğumuzdu".
Fanat.Az