"Fasilədə futbolçulara dedim ki..." - Ançelotti geridönüşdən danışdı

"Fasilədə futbolçulara dedim ki..." - Ançelotti geridönüşdən danışdı

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 11-ci turu çərçivəsində baş tutan "Barselona" ilə səfər matçının (2:1) fasiləsində futbolçulara nə dediyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, italiyalı çalışdırıcı fikirləri Madrid təmsilçisinin rəsmi saytına bölüşüb:

"Fasilədə futbolçulara dedim ki, oyunları uduzmaq olar. Amma uduzuruqsa, bunu başqa cür etməliyik: birəbir mübarizələrdə daha aqressiv olmalıyıq. İkinci yarıda gördüklərimə nəzərən onlar mənimlə razılaşmışdılar".

Qeyd edək ki, "Barselona" ilk yarını üstün tamamlasa da, fasilədən sonra 2 qol vuran "Real" "el klasiko"nun qalibi olub. Hazırda 28 xalı olan "Kral klubu" La Liqanın turnir cədvəlinə başçılıq edir. "Barselona" isə 24 xalla 3-cü pillədə mövqe tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər