Harçeqani və Əzizovanın son ümidi də "öldü" - YENİLƏNDİ

Harçeqani və Əzizovanın son ümidi də "öldü" - YENİLƏNDİ
Tokio 2020 Yay Olimpiya Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, yarışların üçüncü günündə taekvondo üzrə qadınların 67, kişilərin 80 kiloqram çəki dərəcələrində mükafata layiq yerlərin sahibləri müəyyənləşib.
Tokio 2020-nin taekvondo yarışlarına vəsiqə qazanan hər iki idmançımız bu gün dayanq üzərinə çıxıb.
Olimpiadadakı qadın bayraqdarımız Fəridə Əzizova mübarizəyə 1/8 finaldan başlayıb. 26 yaşlı dünya və Avropa mükafatçımız, London 2012-nin bürünc medalçısı Peyc Makferson(ABŞ) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 5:8.
Milad Beiqi Harçeqani də ilk döyüşünü 1/8 final mərhələsində keçirib. İkiqat dünya çempionumuz Çin Taypeyi təmsilçisi Vey-Tinq Liu ilə qarşılaşıb. Görüş Harçeqaninin 15:11 hesablı qələbəsi ilə başa çatıb.
30 yaşlı taekvondoçumuz yarımfinala vəsiqə uğrunda Nikita Rafaloviçlə(Özbəkistan) qarşılaşıb. Görüş rəqibin aşkar üstünlüyü ilə bitib - 1:12.
 
Hər iki idmançımızın məğlub olduğu rəqiblər finala vəsiqə qazana bilmədiyindən, onlar təsəlliverici qarşılaşmalara da qatıla bilməyib.
Sahib Əsədbəyli
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər