Çexlər millimizlə oyuna 19 futbolçu çağırdı

Çexlər millimizlə oyuna 19 futbolçu çağırdı

Çexiya yığmasının heyəti açıqlanıb. Fanat.Az xəbər verir ki, millimizin"DÇ-2018"in seçmə mərhələsindəki rəqibinin baş məşqçisi Karel Yarolim 19 futbolçuya dəvət göndərib.

Baş məşqçi qarşıdakı iki rəsmi oyunda bu futbolçuların xidmətindən yararlanmaq niyyətindədi. Onlar sentyabrın 8-də Almaniya, 11-də Azərbaycanla seçmə oyunlarda iştirak edəcək.

Qapıçılar: Tomaş Vaçlik (“Bazel”, İsveçrə), Tomaş Kubek (“Slovan”), Yaroslav Drobnı (“Verder”, Almaniya);

Müdafiəçilər: Tomaş Sivok (“Bursaspor”, Türkiyə), Teodor Gebre Selasse (“Verder”, Almaniya), Marek Suşi (“Bazel”, İsveçrə), Pavel Kaderabek (“Hoffenhaym”, Almaniya), Filip Novak (“Midtyulland”, Danimarka);

Yarımmüdafiəçilər: Borek Dokal, Martin Fridek (hər ikisi “Sparta”), Ladislav Kreyçi (“Bolonya”, İtaliya), Yiri Skalak (“Brayton”, İngiltərə), David Pavelka (“Kasımpaşa”, Türkiyə), Tomaş Horava, Milan Petrjela  (hər  ikisi“Viktoriya”), Yan Sikora (“Slovan”);

Hücumçular: Matey Vidra (“Derbi”, İngiltərə), Patrik Şik (“Sampdoriya”, İtaliya), Vatslav Kadlets (“Sparta”).

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər