Etyen Kapu: "33 yaşımda futbol oynamağı öyrəndim"

Etyen Kapu: "33 yaşımda futbol oynamağı öyrəndim"

"Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu Çempionlar Liqasının "Liverpul"la ilk yarımfinal matçı ərəfəsində komandanın baş məşqçisi Unai Emerini tərifləyib.

Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı 34 yaşlı futbolçunun dediklərini belə çatdırıb:

“Unai Emerinin həmişə yeni taktiki ideyaları, vəziyyətə yeni baxışı var. O, daima öndə gedir. Mən onun dahi olduğunu düşünürəm. Emeri futbolçuları kəşf edir. İnanılmazdır, mən 33 yaşımda futbol oynamağı öyrəndim. Məşqçinin şəxsiyyəti olduqca önəmlidir. Emeri formaya düşməyimə kömək etdi. Baş məşqçimizə çox şey borcluyam.

Avropa Liqasının finalında qalib gələndə öz-özümə altı ay əvvəl "Vilyarreal"a keçmək istəmədiyimi xatırlamışdım. Yəni hər şey mümkündür. Futbolda hər şey çox tez baş verir". 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər