"Əsas olan futbolçularda mübarizliyi oyatmaqdır" - AÇIQLAMA

"Əsas olan futbolçularda mübarizliyi oyatmaqdır" - AÇIQLAMA

“Turan Tovuz” Futbol Akademiyasının yetirmələri ötən həftə ərzində AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarda çıxış ediblər.

Fanat.Az xəbər verir ki, akademiyanın müxtəlif yaş qrupu üzrə komandaları keçirdikləri görüşləri əsasən böyük hesablı qələbə ilə başa vurublar:

U-10 Liqa (region) "Qazax Gənclər" - "Turan Tovuz "  0:11 U-12 Liqa (region) "Turan Tovuz " - "Gülül Ağstafa" 6:0 U-15 Liqa  "Mil Muğan" - "Turan Tovuz " 0:4 U-16 Liqa "Zirə" - "Turan Tovuz"  0:1 U-17  "Turan Tovuz" - "Keşlə" 3:0

“Turan Tovuz” Futbol Akademiyasının koordinatoru Adil Şükürov yetirmələrinin çıxışlarını dəyərləndirib.

44 yaşlı mütəxəssis Fanat.Az-a müsahibəsində göstərilən nəticələrin deyil, futbolçuların düzgün şəkildə inkişafının, komanda şəklində mübarizliyinin və peşəkarlıq uğrunda çalışqanlıqlarının vacib olduğunun vurğulayıb: 

"Bəzi komandalarda ilkin olaraq nəticələri önə çəkirlər, amma akademiya koordinatoru olaraq mənim üçün əsas uşaqlarda olan mübarizliyi oyatmaqdır. Bu gün vacib olan olan budur. Tabloda olan nəticələri gələcəkdə görə bilərik, amma hazırda məqsəd Tovuzun futbol baxımından nəyə qadir olduğunu göstərməkdir. Burda gənc futbolçuların psixoloji hazırlığı da vacib faktorlardan biridir. 

Əsas komandamızın bu yolda xüsusi rolu var. "Turan Tovuz"un baş məşqçisi Rövşən Babayevin böyük əməyini qeyd etmək istərdim. U-16 və U-17 komandalarımızdan olan futbolçuları mütəmadi olaraq peşəkar yarışda sınayır, onlara məsuliyyətli turnirdə oyun şansı verilir.  

Əsas komandamızda üç yetirməmizin çıxışlarını da qeyd edərdim. İsmayıl Əmrahov, İsmayıl İsmayılov və 2005-ci il təvəllüdlü Sadiq Şəfiyev (U-17 millimizin üzvü) artıq əsas komanda da oyun keçiriblər. U-16 komandamızdan Diniamin Bağırovu da əsəs komandaya cəlb etməyi planlaşdırırıq. Rövşən müəllimlə bu barədə danışmışıq və razılığını almışıq. 

"Əsas olan futbolçularda mübarizliyi oyatmaqdır" - AÇIQLAMASadiq Şəfiyev. Akademiyanın yetirməsi U-17 millimizin üzvü

Ümid edirik ki, əsas komandanın baş məşqçisi Rövşən Babayevin etimadını doğrulacaq və akademiya olaraq ölkəmizə güclü, peşəkar futbolçular bəxş edəcəyik"

Xatırladaq ki, “Turan Tovuz” klubunun nəzdində fəaliyyət göstərən futbol akademiyasının binası FIFA və UEFA-nın maliyyə dəstəyi ilə AFFA tərəfəndən inşa olunub.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər