Henrix Mkıtaryanın "Mançester Yunayted"də oynamaq arzusu reallaşmayıb. Fanat.az xəbər verir ki, buna səbəb "Borussiya"nın (Dortmund) onun üçün gələn təklifi qəbul etməməsi olub.
Məlumata görə, Joze Mourinyonun başçılıq etdiyii "Mançester Yunayted" Ermənistan millisinin üzvü üçün 19 milyon funt-sterlinq təklif edib. Amma "Borussiya" təklifi qəbul etməyib.
Qeyd edək ki, "Borussiya" Henrix Mkıtaryanı 2013-cü ildə "Şaxtyor"dan 27,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt" ona 30 milyon avro qiymət qoyub. Başa çatan mövsümdə 52 rəsmi oyuna çıxan 27 yaşlı yarımmüdafiəçi 23 qol vurub.
Fanat.az