Moskva "Spartak"ı qış fasiləsində Ermənistan millisinin hücumçusu Yura Movsisyanı qış fasiləsində transferə çıxarmağı düşünür.
Fanat.az xəbər verir ki, onunla bərabər, Denis Qluşakov, Dmitri və Kirill Kombarov qardaşlarının da transferə çıxarılacağı gözlənilir.
Qeyd edək ki, bundan əvvəl "Spartak"ın baş direktoru Sergey Rodionov bildirmişdi ki, klub bir neçə futbolçu ilə yollarını ayırmağı hazırlaşır. Gözlənilir ki, Rusiya Premyer Liqasında ilk "3-lük"dən kənarda qalmış "Spartak" 10-a yaxın oyunçusunu transferə çıxarsın.
Çempionatda cari mövsüm cəmi 3 qol vurmuş Yura Movsisyan oktyabrın 18-də "Lokomotiv"lə matçda zədələndiyi üçün son 2 turda heyətə salınmır. "Spartak"ın digər erməni futbolçusu Araz Özbilizi isə komandadan göndərilmək təhlükəsi gözləmir.
Fanat.az