Erməni futbolçu "Borussiya"dan imtina etdi

Erməni futbolçu "Borussiya"dan imtina etdi

Dortmund "Borussiya"sının futbolçusu Henrix Mxitaryan klubu ilə yeni müqavilə imzalamaqdan imtina edib. Fanat.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Məlumata görə, erməni oyunçu İngiltərə Premyer Liqa klublarının hədəfindədi. Böyük ehtimalla o, karyerasını adada davam etdirəcək.

Qeyd edək ki, Mxitaryan ötən mövsüm meydana çıxdığı 52 qarşılaşmada 23 qol vurub, 32 məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.az 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər