Erik ten Haqla dalaşan futbolçu klubdan ayrılır?

Erik ten Haqla dalaşan futbolçu klubdan ayrılır?

Mövsümün əvvəlində baş məşqçi Erik ten Haqla dava edib  heyətdən kənarlaşdırılan Ceydon Sançonun gələcək taleyi ilə bağlı xəbərlər yayılır.

Fanat.Az "The Mirror" a istinadən xəbər verir ki, Sanço "Mançester Yunayted"i  tərk edə bilər.

Mənbə bildirir ki, futbolçunun əməkhaqqı baha başa gəldiyi üçün müqaviləyə “son çarə” kimi xitam verilə bilər.

Qeyd edək ki, cari mövsüm "Mançester Yunayted" forması ilə cəmi 3 matça çıxan Sanço 76 dəqiqə meydanda qalıb və hesaba töhfə verə bilməyib.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər