Ən yaxşı qadın futbolçu adına 3 namizəd açıqlandı

Ən yaxşı qadın futbolçu adına 3 namizəd açıqlandı

UEFA  2022/2023 mövsümünün ən yaxşı qadın futbolçusu adına üç namizədin adını açıqlayıb.

Fanat.Az qurumun saytına istinadən xəbər verir ki, mükafat uğrunda Aitana Bonmati, Olqa Karmona (hər ikisi İspaniya) və avstraliyalı Sem Kerr mübarizə aparacaq. 

Qalib avqustun 31-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində müəyyənləşəcək.

Qeyd edək ki, Bonmati və Karmona İspaniya millisinin heyətində avqustun 20-də başa çatan DÇ-nin qalibi adını qazanıblar. Karmona final matçında yeganə qola imza atıbsa, Bonmari DÇ-2023-ün ən yaxşı oyunçusu seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər