Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)

Ən sürətli futbolçu - Əşrəf Hakimi (SIRALAMA)
Almaniya Bundesliqasının ən sürətli futbolçularının siyahısı açıqlanıb.
Fanat.Az Goal.com-a istinadən xəbər verir ki, cari mövsümdə "Siqnal İduna Park"da "Union Berlin"lə oynanılan matçda (5:0) maksimal sürətini 36,49 km/saat-a çatdıran Əşrəf Hakimi (Dortmund "Borussiya"sı) hamını qabaqlayıb. Rabbi Matondo (35,97 km/saat) ikinci, Kinqsli Ehizibu (35,85 km/saat) isə üçüncü olub.
Bundesliqanın ən sürətli 10 futbolçusu (statistikanın hesablandığı 2011-ci ildən bəri):
1. Əşrəf Hakimi (36,49 km/saat)
2. Rabbi Matondo (35,97 km/saat)
3. Kinqsli Ehizibu (35,85 km/saat)
4. Kinqsli Koman (35,66 km/saat)
5. Cerri Sen-Jüst (35,60 km/saat)
6. Fabian Conson (35,50 km/saat)
7. Pyer-Emerik Obameyanq (35,44 km/saat)
8. Şeraldo Bekker (35,43 km/saat)
9. Lukas Klünter (35,40 km/saat)
10. Artyom Rudnev, Yan Rozental (35,39 km/saat)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər