Çində ildə 40 milyon maaş alaraq dünyanın ən çox qazanan futbolçusu olan Karlos Tevezin yeni klubu müəyyənləşib. Fanat.Az xəbər verir ki, argnntinalı futbolçu vətəninə dönərək sabiq klubu "Boka Xuniors"la anlaşıb.
Bu barədə klub rəsmi açıqlama yayıb. Argentina təmsilçisi rəsmi "Twitter" hesabından yaydığı açıqlamada Çinin "Şanxay Şenhua" klubundan ayrılan Tevezlə anlaşdıqlarını bildirib.
Qeyd edək ki, Tevez 1997-2004-cü illərdə "Boka Xuniors"da çıxış edib. Argentina təmsilçisi 2005-ci ildə onu Braziliyanın "Korintians" klubuna 15 milyon avroya satıb. 2006-cı ildə futbolçunu 14,6 milyona alan "Vest Hem" bir il sonra onu "Mançester Yunayted"ə iki illik icarəyə verib və 12,7 milyon avro qazanıb. Tevez 2009-cu ildə 29 milyon avroya "Mançester Siti"yə, 4 il sonra 9 milyona "Yuventus"a transfer edilib. 2015-ci ildə 6,5 milyon avro qarşılığında "Boka Xuniors"a keçən futbolçunu bu ilin yanvarında "Şanxay Şenhua" 10,5 milyon avroya almışdı. Beləliklə, Tevezin transferinə indiyədək 97,3 milyon avro xərclənib.
Fanat.Az