Ən çox qazanan futbolçu kimdir?

Ən çox qazanan futbolçu kimdir?

"Şanxay Şenhua"ya transfer olunduğu gündən gündəmdən düşməyən Karlos Tevez ilk dəfə mətbuat qarşısına çıxıb.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz dünyanın ən çox maaş olan futbolçusu olması ilə bağlı iddialara cavab verib.

Məlumatlara görə, Tevez Çin klubundan həftədə 615 min funt-sterlinq alır. Lakin o, bu xəbərləri təkzib edib: 

"Son matçdan sonra Argentina mətbuatına maaşımla bağlı heç nə deməmişəm. Maaşımı hər kəsə açıqlaya bilmərəm. Çünki bu komanda yoldaşlarıma qarşı hörmətsizlik olar".

Ailəsi ilə Çinə ayaq basan Tevez "Ailəmin yanımda olması çox önəmlidi, onlar yamımda olduqca meydanda daha yaxşı mübarizə aparıram" deyib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər