Ən bahalı futbolçular: Ronaldo Messiyə uduzdu - SİYAHI

Ən bahalı futbolçular: Ronaldo Messiyə uduzdu - SİYAHI
Dünyanın ən bahalı futbolçularının siyahısında dəyişiklik olub. Fanat.az хəbər verir ki, ilk pillədə təkhakimiyyətlilik yaranıb.
Belə ki, Kriştiano Ronaldonun dəyəri 10 milyon avro azalıb və 110 milyon avro olub. Bu səbəbdən "Real"ın portuqaliyalı ulduzu ikinci pilləyə düşüb. 120 milyonluq dəyərini qoruyan Lionel Messi isə siyahının birinci pilləsini təkbaşına ələ keçirib.
"Barselona"nın ulduzlarından Neymar transfer dəyərini 20, Luis Suares 10 milyon artırıb. Qiymətini 20 milyon avro qaldıran "Real"ın ulduzu Ceyms Rodriges ilk "5-liy"i qapayır.
Ən bahalı 11 futbolçu arasında yer alanlardan Tomas Müllerlə Robert Levandovski dəyərini 20, Kevin De Bruyne 15, Eden Hazardla Serxio Aquero 10 milyon avro artırıb.
Ən bahalı 11 futbolçu arasında "Barselona" və "Real"ın 3, "Bavariya" və "Mançester Siti"nin 2 "Çelsi"nin 1 üzvü yer alıb.

№

Futbolçu (klub)

Dəyəri (avro)

1

Lionel Messi (Barselona)

 120.000.000

2

Kriştiano Ronaldo       (Real)

 110.000.000

3

Neymar (Barselona)

 100.000.000

4

Luis Suares (Barselona)

 90.000.000

5

Ceyms Rodriges (Rea)

 80.000.000

6

Qaret Beyl (Real)

 80.000.000

7

Tomas Müller (Bavariya)

 75.000.000

8

Eden Hazard (Çelsi)

 70.000.000

9

Robert Levandovski (Bavariya)

 70.000.000

10

Kevin De Bruyne (Mançester Siti)

 60.000.000

11

Serxio Aquero (Mançester Siti)

 60.000.000

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər