Emrelinin komandasında islahatlar başladı -  3 futbolçu yola salındı

Emrelinin komandasında islahatlar başladı -  3 futbolçu yola salındı

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi "Dinamo Zaqreb" heyətdə ixtisarlara başlayıb.

Fanat.Az-ın məlumatına görə, "Hayduk"la Superkubok matçından sonra islahatlara eyham vuran baş məşqçi Ante Çaçiç "təmizləmə əməliyyatı"na start verib.

Xorvatiya çempionu artıq 3 futbolçu ilə yolları ayırıb. Deni Yuriç "Qoritsa"ya icarəyə göndərilib. Komnen Andriç isə Fransa "Klermon"una keçməyə yaxındır. 

Nəhayət, 2021-ci ilin fevralında "Qoritsa"dan 1,6 milyon avroya "Dinamo"ya keçən sol cinah müdafiəçisi Mariyan Çabraya da "Maksimir"dən ayrılacaq. 25 yaşlı futbolçu bundan sonra karyerasını "Hibernian"da davam etdirəcək. "Index" portalının məlumatına görə, "mavilər" onun Şotlandiya klubuna keçidindən indi heç nə qazanmayacaq. Ancaq gələcəkdə onun transferindən gələn gəlirin 40 faizi "Dinamo"ya çatacaq. 

Qeyd edək ki, Emreli 2022-ci ilin fevral ayında "Dinamo" ilə 4,5 illik sözləşmə imzalayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər