Elxan Abdullayev: "Başa düşürəm, futbolda nəticə lazımdır"

Elxan Abdullayev: "Başa düşürəm, futbolda nəticə lazımdır"

“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın VI turu çərçivəsində baş tutan “Neftçi” – “Sumqayıt” (1:2) matçından sonra fikirlərini bölüşüb.

 - Rəqibi təbrik edirəm. Oyundan razı qaldım, amma nəticədən yox. Biz düzgün istiqamət seçmişik, sadəcə, zaman lazımdır. Başa düşürəm, futbolda nəticə lazımdır. Amma nəticə birdən-birə əldə olunmur. Görüləcək çox iş var.

- Ardıcıl 2 oyundur ki, “Neftçi” hesabı açsa da, uduzur. Bunu nə ilə əlaqləndirərdiniz?

- Yenə də deyirəm, vaxta ehtiyac var. Yeni sxemlə oynayırıq. Zamana ehtiyacımız var. Düşünürəm ki, bu gün pis oynamadıq.

- Fasilədə yeni köməkçinizlə söhbətləşdik və o, bildirdi ki, qışda yeni oyunçular gətiriləcək. Konkret adlar var?

- Hazırda konkret bir şey yoxdur. Bu, bizim aramızda ümumi söhbət olub. Güclənməyə ehtiyac var, aydın məsələdir. “Neftçi”də yalnız yaxşı futbolçular oynamalıdır.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər