Elmir Vəliyev futbolçularla görüşdü

Elmir Vəliyev futbolçularla görüşdü
“Kəpəz”in Müşahidə Şurasının sədri Elmir Vəliyev və qurumun üzvü Mikayıl Nərimanoğlu AZAL-la oyunun hazırlığını Bakıda davam etdirən komandanın düşərgəsində olub. Fanat.az xəbər verir ki, klub rəhbərliyi komandanın məşq prosesini izləyib, məşqçilər korpusu və futbolçularla görüşüb.
Elmir Vəliyev komanda üzvlərini sonuncu turda “Zirə” üzərində qazanılan qələbə münasibəti ilə təbrik edib. MŞ-nın sədri “Kəpəz”in çempionatda ardıcıl dördüncü qələbəsini qazanmaqla Avropa Liqasına vəsiqə əldə etməyə yaxınlaşdığını bildirib. Vəliyev bu yolda kluba uğurlar arzulayıb. 
Mikayıl Nərimanoğlu isə qazanılan qələbələrdə azarkeşlərin rolundan danışaraq komandaya fanatlar tərəfindən göstərilən böyük dəstəkdən bəhs edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər