Əliyar Ağayev irland futbolçunu cəzalandırdı - VİDEO

Əliyar Ağayev irland futbolçunu cəzalandırdı - VİDEO
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının VI turunun Danimarka - İrlandiya oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, matç qolsuz bərabəliklə başa çatıb. Əliyar Ağayev 90 dəqiqə ərzində cəmi bir sarı vərəqə göstərib. O, 85-ci dəqiqədə qonaq komandanın futbolçusu Sayrus Kristini cəzalandırıb.
Qeyd edək ki, Ə.Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək ediblər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirib. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər