Əliyar Ağayev "Espanyol"un futbolçusunu meydandan qovdu

Əliyar Ağayev "Espanyol"un futbolçusunu meydandan qovdu
FIFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turunun "Ludoqorets" (Bolqarıstan) - "Espanol " (İspaniya) oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, qonaqların 1:0 hesablı qələbə qazandığı görüşdə Ağayev 7 sarı, 1 qırmızı vərəqə göstərib. O, meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna rəsmi xəbərdarlıq edib. Görüşün 88-ci dəqiqəsində isə referimiz "Espanyol"un müdafiəçisi Xavi Lopezi ikinci sarı vərəqə ilə meydandan qovub.
Qeyd edək ki, bu oyunda Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər