Əlcəzairli futbolçu həbs olundu

Əlcəzairli futbolçu həbs olundu

“Nitsa”nın əlcəzairli futbolçusu Yusef Atalın yəhudiləri söyən şəxsin videosunu paylaşdığı üçün barəsində açılan istintaq çərçivəsində saxlanıldığı bildirilir.

Fanat.Az "BeinSports"a istinadən xəbər verir ki, Atal dünən ölkənin cənubundakı Nitsa şəhərində saxlanılıb.

Məlumata görə, keçən ay sosial şəbəkədə yəhudiləri söyən bir şəxsin videosunu paylaşdıqdan sonra "nifrətə təhrik" maddəsi ilə barəsində açılan istintaq çərçivəsində saxlanılan Atalın bu gün məhkəmə qarşısına çıxacağı gözlənilir.

Qeyd edək ki, "Nitsa" komandasının futbolçusu daha sonra paylaşımını silib üzr istəsə də, heyətdən kənarlaşdırmışdı.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər