"Əl-Hilal" PSJ-nin superulduzu Lionel Messini heyətinə qatmaq üçün cəhdlərini davam etdirir.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanını klubu argentinalı superulduza bir mövsüm üçün 500 milyon avro maaş ödəməyə hazırdır.
Mənbə ərəblərin daha öncə illik 400 milyon avro əməkhaqqı təklif etdikləri Leonun onlara "yox" deyə biləcəyindən ehtiyatlanaraq vəziyyəti sığortalamağa çalışdıqlarını vurğulayıb. Bu məbləğin Messinin qərarını qətiləşdirməsinə ciddi təsir etdiyi və onun artıq "Əl-Hilal"da oynamaq variantını prioritet saydığı diqqətə çatdırılıb.
Qeyd edək ki, Messinin 2021-ci ildən formasını geyindiyi PSJ ilə olan müqaviləsinin müddəti bu yay başa çatacaq. Cənubi amerikalı hücumçu cari mövsüm Fransa nəhənginin forması ilə 38 matça çıxaraq 20 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat