“El-Clasico”nu buraxacaq futbolçular - ADLAR

“El-Clasico”nu buraxacaq futbolçular - ADLAR

İspaniya çempionatının XIV turu çərçivəsində keçiriləcək “Barselona” – “Real” matçı ərəfəsində hər iki komandanın heyətində ciddi itkilər var. Fanat.Az xəbər verir ki, 8 futbolçu dekabrın 3-də “Nou Kamp” stadionunda baş tutacaq görüşdə iştirak etməyəcək.

Meydan sahiblərinin heyətində  Andres İnyesta, Samuel Umtiti, Xordi Alba, Ceremi Matye, qonaqların düşərgəsində isə Qaret Beyl, Toni Kroos, Alvaro Morata və Rafael Varan “El-Klasiko”da meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, matç Bakı vaxtı ilə 19:15-də başlayacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər