Əfsanəvi futbolçunun dəfni zamanı evi qarət olundu

Əfsanəvi futbolçunun dəfni zamanı evi qarət olundu
64 yaşında vəfat edən İtaliyanın millisinin keçmiş hücumçusu Paolo Rossinin evi dəfn edilərkən qarət edilib.
Fanat.Az "Football Italia"ya xəbər verir ki, cinayətkarlar keçmiş futbolçunun qol saatı da daxil olmaqla, şəxsi əşyalarını oğurlayıblar. Rossinin arvadı cənazədən qayıtdıqdan sonra  əşyaların olmadığını görüb. Hadisə ilə bağlı polis araşdırma aparır.
Qeyd edək ki, Rossi 1982-ci ildə keçirilən dünya kubokunda 6 qolla bombardir olub və İtaliyanın turniri qalibi olmasına kömək edib. O, həmin il "Qızıl top" da qazanıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər