Əfsanəvi futbolçu Hindistan çempionatında

Əfsanəvi futbolçu Hindistan çempionatında

Veteran futbolçu Canluca Zambrottanın yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, italyan əfsanə Hindistan çempionatında işləyəcək.

Belə ki, 39 yaşlı veteran futbolçu "Dehli Dinamo" klubunun baş məşqçisi təyin edilib. Hindistan Super Liqasında çıxış edən klubdan verilən açıqlamada bildirilir ki, ötən mövsüm komandanı çalışdıran Roberto Karlosdan sonra 39 yaşlı Zambrotta bu vəzifəyə təyin edilib. 

Qeyd edək ki, futbolçu karyerası ərzində İtaliyanın "Komo", "Bari", "Yuventus", "Milan", İspaniyanın "Barselona" və İsveçrənin "Çiasso" klublarında çıxış edən Zambrotta məşqçilik karyerasına sonuncu klubda başlayıb. O, 2013-2015-ci illərdə İsveçrə klubunu çalışdırıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər